İnsanlara hürriyət, millətlərə istiqlal!

Meqan Markl: “Krallıq Sarayı yalan xəbərləri yaymaqda davam edərsə... “

653 04.03.2021 17:39 Qalmaqal A A


İngiltərənin kral ailəsi ilə Kraliça II Yelizavetanın nəvəsi Şahzadə Harrinin xanımı Meqan Markl arasındakı qalmaqal getdikcə daha da dərinləşməyə başlayıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Meqan bu günlərdə CBS telekanalına verdiyi açıqlamasında sarayın onlar barəsində saxta xəbərlər yaymağa davam edəcəyi təqdirdə Şahzadə Harrinin sumasını gözləməyəcəyini deyib.

Beləliklə, Amerikanın məşhur televiziya aparıcısı Oprah Vinfreyin bazar ertəsi ABŞ-da və İngiltərədə yayımlanacaq şousunu hər kəs böyük maraqla gözləyir. Şouda Meqanla birlikdə əri Harri də qonaq olub. Şounun 30 saniyəlik anonsunda Meqanın qalmaqallı açıqlamaları yer alıb.

Aparıcı söylədiyi həqiqətlərin Saray tərəfindən necə reaksiya verilə biləcəyini soruşduqda, Meqan: “Bir şeyləri itirmək riski varsa... zatən çox şey itirildi”,- deyə cavab verib.

Xatırladaq ki, şahzadə Harri və xanımı Meqan Markl 2020-ci ilin yanvarında kral ailəsindən ayrıldıqlarını elan ediblər. Hazırda cütlük ABŞ-ın Los-Anceles şəhərində yaşayır. Bir neçə gün öncə şahzadə Harri açıqlama verərək, özünü və ailəsini İngiltərə mətbuatından qorumaq üçün Saraydan ayrıldığını bildirmişdi.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR