Aktrisa Çimnaz Sultanova onun evindən 30 min dollar dəyərində bahalı zinət əşyalarını oğurlayan aktrisanın adını açıqlayıb.
Musavat.com bildirir ki, aktrisa ARB televiziyasında Zümrüd Bədəlovanın təqdimatında yayımlanan "Xəbər-ətər" verilişində 3 il əvvəl evinin qarət olunmasından söz açıb. Daha sonra aktrisa oğrunun onun yaxın rəfiqəsi, aktrisa Zərif Əlixanovanın olduğunu deyib:
“İnsana həmişə öz yaxınları pislik edir. Bildiyiniz kimi 3 il əvvəl mənim evimdən oğurluq edilib. Ən yaxın rəfiqəm mənim bütün qızıl və brilliyantlarımı yığıb aparıb və boynuna da alır. Deyir ki, guya qızılların yarısını özü, yarısını da 14 yaşlı qızı aparıb. Həmin rəfiqəm aktrisa Zərif Əlixanovadır”.
Xalidə,
Musavat.com






