İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məni küçələrdən pul gətirməyə məcbur edirdi" - Anasından polisə şikayət edən 10 yaşlı qız danışdı VİDEO

827 13.11.2021 22:00 Son xəbər A A

10 yaşlı Ayla (ad şərtidir) anası və nənəsi ilə yaşayır, atası yoxdur.

O, iddia edir ki, anası onu uzun müddət küçələrdən pul gətirməyə məcbur edib. Azyaşlının sözlərinə görə, anası narkotik istifadəçisidir. Ona dəfələrlə əməlindən çəkinməyi desə də, anası onun sözünə baxmayıb.

Ayla da anasını polisə şikayət edib. Azyaşlı həmçinin anasının onu döydüyünü, işgəncələr verdiyini iddia edir.

Anası ilə yaşamaqdan imtina edən uşağı polis əməkdaşları “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə təhvil verib.

Ətraflı Baku TV-nin süjetində tanış ola bilərsiniz:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR