İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafiq Əliyev: “Aşura bu millətin oyanması üçün ciddi dəstək verə biləcək bir gündür"

4861 04.11.2014 10:25 Mənəviyyat A A
"Sovet hökuməti özü belə bu günə xüsusi bir qadağa qoymamışdı. Ağdama başqa rayonlardan gələrdilər. Mən uşaq vaxtımdan bu cür mərasimlərin keçirilməsinə qadağa qoyulduğunun şahidi olmamışam". Bunları Deyerler.org-a Aşura günü ilə bağlı fikirlərini bölüşərkən görkəmli alim Rafiq Əliyev deyib.
O, qeyd edib ki, Aşura bu millətin oyanması üçün ciddi dəstək verə biləcək bir gündür: “Bu günü yalnız yas günü kimi, çətin gün kimi qiymətləndirmək düzgün olmazdı. Əksinə bu gün milyonlarla insanın fikirlərini dəyişə bilən, bir yola apara bilən bir gündür. Bu gün həm də qəhrəmanlıq günü kimi qeyd olunmalıdır. Aşura bu millətin oyanması üçün ciddi dəstək verə biləcək bir gündür. Onu da qeyd edim ki, din olmasaydı dözülməz bir xaos yaranardı. Mən özüm Sovet vaxtında yaşamışam. 5 yaşımdan həmişə rayonda bu günün keçirildiyinin şahidi olmuşam. İnsanlar kütləvi surətdə bu günü qeyd edirdi. Ağdam məscidi daima fəaliyyət göstərib. Sovet özü belə bu günə xüsusi bir qadağa qoymamışdı. Ağadama başqa rayonlardan da gələrdilər. Mən uşaq vaxtımdan bu cür mərasimlərin keçirilməsinə qadağa qoyulduğunun şahidi olmamışam”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR