İnsanlara hürriyət, millətlərə istiqlal!

Məleykə Abbasazədə Yevlaxda baş verən qəza ilə əlaqədər rayona gedib

2426 11.03.2018 19:05 Son xəbər A A

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Yevlaxda şagirdləri buraxılış imtahanına aparan mikroavtobusun qəzaya uğraması ilə əlaqədar rayona gedib.

Xatırladaq ki, bu gün səhər baş verən hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlrərlə xəstaxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mİngəçevir şəhər Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR