İnsanlara hürriyət, millətlərə istiqlal!

Mələkxanım Əyyubova: “Zəfəri şəhidlərimizə, qazilərimizə, qalib  əsgərlərimizə borcluyuq”  

661 10.11.2021 17:14 Şou-biznes A A

 

“Xalqımız Zəfər gününü çox böyük coşqu və sevinclə qarşıladı. Biz Zəfərimizi şəhidlərimizə, qazilərimizə, qalib  əsgərlərimizə borcluyuq”.

Musavat.com bildirir ki, bu sözləri Xalq artisti, xanəndə Mələkxanım Əyyubova bildirib. Xalq artisti qeyd edib ki, Azərbaycan xalqı ötən il qazandığı qələbəyə bu il də sahib çıxmağı bacardı:

“Bildiyiniz kimi “Zəfər yarmarkası”nın açılış tədbirində mən də iştirak etdim. Həmin vaxt da şahidi oldum ki, xalqımız ötən il qalibiyyət zəfərində yaşadığı həyəcanı eynilə bu dəfə də yaşadı. İllər keçəcək, xalqımız hər dəfə öz Zəfərini bu cür coşqu ilə qeyd etməyə davam edəcək.

Mübarizlik, qəhrəmanlıq, qeyrət  Azərbaycan xalqının qanında, canında var. 44 günlük Vətən müharibəsinə qədər bəlkə də bəziləri gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olmasına şübhə ilə yanaşırdı. Çünki 30 il müddət keçmişdi və bəziləri elə düşünürdü ki, artıq Qarabağ undulmağa başlayır və gənclərimiz Qarabağı görmədikləri üçün o torpaqlar üçün döyüşməyə can atmaz. Amma Vətən müharibəsi bir daha sübut etdi ki, 18-19 yaşlarında olan gənclərimiz qəhrəmancasına hər an öz vətəni üçün canını, qanını fəda etməyə hazırdır. Bu, bizi ikiqat sevindirdi”.

Xalidə Gəray
Musavat.com

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR