İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblilər arasında LEGO robototexnika olimpiadası keçiriləcək

339 15.04.2019 11:55 Son xəbər A A

Qərbi Kaspi Universiteti məktəblilər arasında LEGO robototexnika olimpiadası keçirir.

Qərbi Kaspi Universiteti tərəfindən təşkil olunacaq məktəblilərarası robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının, o cümlədən əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin məktəblilər arasında təbliği və məktəblilərin təcrübə işlərini geniş kütləyə göstərməkdən ibarətdir.

Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcəkdir. Olimpiada şərtinə əsasən iştirak edəcək olan məktəblər 1-3 nəfərlik komanda və ya bir şagirdlə təmsil oluna bilər.

15-26 aprel tarixlərində komandalar Qərbi Kaspi Universiteti Texnoparkda robotları hazırlamalıdırlar.

Olimpiada 27 aprel saat 11:00-da Qərbi Kaspi Universitetində Əhməd Rəcəbli küçəsi, III Paralel, 21 ünvanında yerləşən tədris binasında təşkil olunacaq. Tədbirə məktəb şagirdləri, məktəb kollektivləri dəvət edilir.

Qaliblərə Qərbi Kaspi Universiteti tərəfindən dəyərli hədiyyələr və sertifikatlar veriləcək.

Qeydiyyat üçün məktəbin nömrəsini, iştirakçı məktəblilərin ad və soyadlarını və məsul şəxsin əlaqə telefonunu bu mailə göndərmək lazımdır: leki@wcu.edu.az

Əsas tarixlər:

Robotların hazırlanması: 15-26 aprel 2019 –cu il

Olimpiada günü: 27 aprel 2019-ci il

Qeyd: İştirak üçün 26 aprel tarixinə qədər müraciət etmək olar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR