İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəb direktorlarına verilən avansın məbləği açıqlandı

1589 30.12.2013 13:21 Son xəbər A A
Təhsil Nazirliyi Bakıdakı məktəb direktorlarına təsərrüfat məqsəd ilə bu aydan verməyə başladığı avansların məbləğini açıqlayıb. Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000-1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan cari məsələlərinin həllinə sərf ediləcək.

Bununla yanaşı, bu ildən məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təlimlərin təşkili istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edir. 547 nəfər pedaqoji kadr qeydiyyatdan keçib. Təlimlərdə iştirak etmək üçün namizədliyini irəli sürmüş 547 nəfər 3 mərhələli müsabiqədən keçməlidir. Müsabiqənin birinci mərhələsi artıq başa çatıb. Növbəti mərhələyə 152 nəfər pedaqoji kadr keçə bilib. Müsabiqənin növbəti mərhələsi yanvar ayının sonunda yekunlaşacaqdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR