Meksikada çox populyar olan kilsənin lideri, üç qıza cinsi təcavüz etdiyi üçün Kaliforniya ştatında 16 ildən çox həbs cəzası ilə üzləşib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bütün dünyada 5 milyon izləyiciyə malik və hətta ardıcılları tərəfindən İsa Məsihin “həvarisi” hesab edilən 53 yaşlı Naason Xoakin Qarsia öncə azyalı bir uşağı zorlamaqla bağlı ittihamları rədd edib. Lakin sonradan o, prokurorlarla bəzi cinayəyləinin etirfaı ilə bağlı razılaşmaya gəlib.
Los-Anceles Ali Məhkəməsində “La Luz del Mundo” kilsəsinin lideri azyaşlıların eyş-işrət məclisini təşkil etmək və 15 yaşlı uşağa qarşı ədəbsiz hərəkətlər etməkdə təqsirli bilinib.
Prokurorluq kilsə rəhbərinin qadın davamçıları ilə cinsi əlaqədə olmaq üçün öz mənəvi təsirindən istifadə etiyini və ona digər kilsə üzvləri tərəfindən kömək olunduğunu müəyyənləşdirib.
Kilsənin gənclər qrupunun lideri, əvvəllər qızlara qarşı zorakılıqda günahını etiraf edən Alondra Okampo N.Qarsiya üçün yeniyetmə qızlar gətirdiyini etiraf edb. A.Okampo qızlara “həvari”nin istəklərini rədd etmələrinin Tanrıya qarşı çıxmağa bərabər olduğunu” söyləyrək onları şantaj edib.
Qeyd etmək lazımdır ki, Naason Qarsiyanın rəhbərlik etidiy həmin kilsə hələ 1926-cı ildə Meksikanın Qvadalaxara ştatında “Dünya işığı” adı altında 1926-cı ildə təsis edilib.
Musavat.com






