Meksikada vulkan həyəcanı...
Meksikanın paytaxtı Mexiko şəhərinin 70 kilometirliyində yerləşən "Popokatepetl" vulkanı yenidən aktivləşib.
Vulkanın kraterində bir neçə güclü partlayışdan sonra oradan qalxan kül tullantısının hündürlüyü 3 min metrə çatıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, regionda həyəcan təbili çalınıb. Hökumət vulkana yaxınlaşmağı qadağan edib və 12 kilometr radiusda təhlükəsizlik zonası elan edilib. Əhaliyə içməli su və ərzaq ehtiyatı yığmaq tövsiyə olunub.
Kül çöküntüsü ucbatından Pueblo beynəlxalq aeroportu müvəqqəti bağlanılıb.
Aygün SƏFƏRLİ,
Musavat.com






