İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada qeydə alınmış güclü zəlzələ zamanı ölənlərin sayı artıb - YENİLƏNİB

628 24.06.2020 02:58 Son xəbər A A

Meksikada qeydə alınmış 7,5 maqnitudalı zəlzələ nəticəsində 2 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Meksikanın Oaxako ştatının qubernatoru Alexandro Murat özünün “Twitter” səhifəsində bildirib.

“Zəlzələ nəticəsində iki nəfərin ölməsinə dair məlumat var. Biz regionun xəstəxanalarında, xüsusilə episentrin yerləşdiyi Uatulkoda zəlzələnin yaratdığı fəsadları qiymətləndirməyə çalışırıq”, - deyə qubernator yazıb.

Qeyd edək ki, 7.1-7.7 maqnituda kimi qiymətləndirilən zəlzələnin episentri Oaxako ştatının Krusesita şəhərindən 23 km cənubda baş verib. Yeraltı təkanlar burada bir sıra fəsadlar da törədib.

***

Meksikada baş vermiş güclü zəlzələ nəticəsində 5 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Oaxaka ştatının qubernatoru Alexandro Murat məlumat verib. Bundan qabaq Meksikanın Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyi dörd ölüm faktının olduğunu bildirmişdi.

Bütün ölüm halları zəlzələnin episentri olan Oaxaka ştatının ərazisində qeydə alınıb. Həmçinin Mülki Müdafiə üzrə Milli İdarə 30-dan çox yaralının olduğunu bildirib.

Yeraltı təkanlar ölkənin cənubunda beş xəstəxanaya ciddi ziyan vurub, onların fasadı və konstruksiyası zədələnib. Dağıntılar nəticəsində 190 saylı federal yolun iki hissəsi bağlanıb, Oaxaka-Poçutla şosesində hərəkət dayanıb.

İkskoteledə kilsəyə, həmçinin Santa-Lusia-del-Kaminoda hökumət binası və bələdiyyə bazarına ziyan dəyib.

Zəlzələ ölkənin 11 ştatında hiss olunub. Ancaq onların doqquzunda ciddi fəsadlar barədə məlumat verilməyib.

Qeyd edək ki, zəlzələnin episentri Oaxaka ştatının Krusesita şəhərindən 23 km cənubda yerləşib. Milli Seysmoloji Xidmətin məlumatına görə, yerli vaxtla saat 14:30-dək 447 təkrar təkanlar qeydə alınıb, onlardan ən güclüsü 4,6 maqnitudalı olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR