Meksikada peşəkar boksçu babası ilə birgə qətlə yetirilib
Meksikanın Qvadalaxara şəhər polisi peşəkar boksçu kiçik Alexandro Qonsalesin meyitini tapıb.
"Report"un məlumatına görə, 23 yaşlı idmançının cəsədi evinin yanında qətlə yetirilmiş daha 2 şəxslə birgə yük maşınından aşkarlanıb.
Meyitlərdən biri baba Alexandroya məxsus olub.
Mərhum boksçu əvvəllər ikinci yüngül çəki dərəcəsində dünya çempionu tituluna namizəd olub. O, peşəkar rinqdəki döyüşlərindən 25 qələbə, 3 məğlubiyyət və 3 heç-heçə ilə ayrılıb. Alexandro Qonsales 2015-ci ildə İBF (Beynəlxalq Boks Federasiyası) versiyası üzrə görüşdə böyük britaniyalı Karl Fremptona uduzub.
Qeyd edək ki, ötən həftə ABŞ-ın Çikaqo şəhərində gənc və perspektivli boksçu Ed Braun da öldürülüb.






