İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada naməlum şəxslər bank əməkdaşlarını girov götürüblər

228 20.10.2021 04:31 Dünya A A

Naməlum cinayətkarlar Meksikanın şərqindəki Verakruz ştatındakı banklardan birinin filialına hücum edərək 8 işçisini girov götürüblər.

Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə bölgənin İctimai Təhlükəsizlik İdarəsinin məlumatında deyilir.

Məlumata görə, cinayətkarlar girovlardan birinin paltarına partlayıcı qurğu bağlayıblar. "Polisin müdaxiləsindən sonra səkkiz qadın sərbəst buraxılıb", - xəbərdə deyilir.

Girovlar xəsarət almayıb. Çıxarılan partlayıcı qurğuya baxış zamanı onun saxta olduğu və heç bir təhlükə yaratmadığı müəyyən edilib.

Hazırda aidiyyəti orqanlar soyğunçuları axtarırlar. Cinayətkarların bankdan pul almağa nail olub-olmamaları barədə məlumat verilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR