Meksikanın Quanaxuato əyalətinin Selaya şəhəri iki qadının qorxunc qətli ilə sarsılıb.
Belə ki, mütəşəkkil cinayət qrupu tərəfindən 2 qadın avtomobilin baqajında yandırılaraq öldürülüb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, kartelə üzv olduqları iddia edilən şübhəlilər təhlükəsizlik qüvvələri tərəfindən axtarılır.
Ətrafdakı insanlar yanan avtomobili görüb və vəziyyəti təcili yardım qruplarına bildiriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobildə olan yanğını söndürüblər və baqajı açdıqda 2 qadının qismən yanmış cansız cəsədini aşkar ediblər.
Maşını yandırdıqdan sonra qaçan silahlılar hadisə yerində təhdid notu buraxıblar. Cinayətkarların yazdığı qeyddə “Jalisco Yeni Nəsil Karteli” adından istifadə edildiyi aşkar olunub.
Quanajuato ştatının baş prokuroru hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib. Milli Qvardiya hadisədən dərhal sonra şəhərdə axtarışlara başlayıb, lakin şübhəlilər hələ də tutulmayıb.
Quanajuato əyalətinin qubernatoru Dieqo Sinhue Rodriguez hadisədən sonra verdiyi açıqlamada son günlər bölgədə zorakılığın artdığını, təhlükəsizlik üçün helikopter uçuşlarının və polis patrullarının artırıldığını vurğulayıb.
Turan Oruc
Musavat.com







