İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada 30 maşının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb

239 29.12.2015 01:06 Son xəbər A A

Meksikanın Aquaskalientes ştatında avtomagistralda 30 maşın eyni vaxtda toqquşub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə azı 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
İlkin məlumata əsasən, qəzaya səbəb kimi qatı duman göstərilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
 
Qeyd edək ki, dekabrın 24-də Mexiko ştatında 80-ə yaxın avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR