İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada 10 gün əvvəl qubernator təyin edilən şəxs vertolyot qəzasında həlak olub

574 25.12.2018 06:18 Son xəbər A A

Meksikada qubernator və onun həyat yoldaşı vertolyot qəzasında həlak olub.

Bu barədə "Report" "Multimidios"a istinadən xəbər verir.

Bildirilir ki, Puebl ştatının rəhbəri Marta Erika Alonso və onun həyat yoldaşı Rafael Moreno Valle qəzanın qurbanı olublar. Hadisənin səbəbləri barədə məlumat verilmir.

Məlumata görə, Alonso cəmi 10 gün bundan əvvəl qubernator vəzifəsinin icrasına başlayıb. Meksika prezidenti Andres Manuel Lopes Obrador hökumətə hadisə ilə bağlı dərhal təhqiqata başlamağı tapşırıb.

Qeyd edək ki, Meksikada aviaqəzalar tez-tez baş verir. Bir neçə gün bundan əvvəl baş verən təyyarə qəzasında 4 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR