Meksika şəhər meri vəzifəsinin icrasına başlayandan saat yarım sonra sui-qəsdin qurbanı olub.
Trend-in məlumatına görə, ölkənin cənubundakı Oahaka ştatının Tlahiako bələdiyyəsinin sədri Alexandro Aparisio vəzifəsinin icrasına başlayandan saat yarım sonra öldürülüb.
Bildirilir ki, merə hücum zamanı daha iki nəfər yaralanıb. Siyasətçi prezident Andres Manuel Lopes Obrador tərəfindən yaradılmış "Milli dirçəliş hərəkatı"nı təmsil edirdi.






