İnsanlara hürriyət, millətlərə istiqlal!

Məkrli dairələrin Azərbaycanla bağlı ŞOK PLANI - STM icraçı direktorundan sensasion açıqlamalar

2209 29.02.2024 19:22 Siyasət A A

“Prezidentin Almaniyadan olan nümayəndə heyəti ilə görüşdə söylədiyi fikirlər yalnız görüş iştirakçılarına ünvanlanmamışdı”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bunu Musavat.com-a açıqlamasında deyib.

42f7c8148bcb76cc9abb9879e1c2b5e9.jpg (44 KB)

Ekspert bildirib ki, ilk növbədə, Avropa Birliyinin xarici əlaqlər üzrə ali nümayəndəsi Cozef Borrelin davranışları ilə bağlı Prezidentin söylədikləri xəbərdarlıq kimi də qiymətləndirlə bilər:

“Cənab Borrelin hərəkətləri Avropa İttifaqının siyasəti ilə uzalaşmayan hərəkətdir. O, sanki Xarici əlaqələr üzrə Ali Komissar deyil, Aİ parlamentinin hansısa lobbi qrupunun üzvüdür. Mandatından dəfələrlə kənara çıxan və qeydi-diplomatik açıqlamalar verən bu şəxs görünür, xarici siyasət məslələrində təsadüfü bir adamdır və onun üçün lobbi maraqları təmsil etdiyi Avropa İttifaqının maraqlarından üstündür. Borreldə hansı faktlar var? Onu bu məlumatla kim təchiz edib? Bəlkə onda hansısa kəşfiyyat məlumatı var? Əlbəttə, onda heç bir fakt və məlumat yoxdur. Borrel, Prezidentin də qeyd etdiyi kimi, Makronu təqlid edir və onun dediyini təkrarlamaqla məşğuldur”.

S.Məmmədov qeyd edib ki, Aİ parlament üzvləri belə məsuliyyətsiz, böhtan xarakteli və cəfəng açıqlamalar verəndə bilirsən ki, bu parlament üzvüdür və dediklərinə görə Aİ rəsmi orqanları məsuliyyət daşımır. Bu halda isə bunu demək mümkün deyil”.

Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərində problemin olması Borrelin nəyinə lazımdır? Onu buna Makrondan əlavə hası qüvvələr vadar edir?

S.Məmmədov xatırladıb ki, Azərbaycan ən yüksək səviyyədə Ermənistana qarşı hər hansı hücum planının olmadığını elan edib:

“Sözügedən görüşdə ölkə Prezidenti bunu bir daha təkrar etdi. Amma Ermənistan tərəfindən bizə qarşı edilən hər hansı hərəkət, silahlı provokasiya da cavabsız qalmayacaq və dəf olunacaq. Bunu da Prezident dəfələrlə qeyd edib. ATƏT-in “Minsk Qrpupu”nun həmsədrlərinin fəaliyyətsiliyi nə ilə bağlıdır, bu da bizə indi daha çox aydındır. Hər 3 dövlətin həmsədrləri vasitəçilik missiyasını yerinə yetirmədi. ABŞ və Fransa isə 44 günlük müharibədən sonra bunu niyə etmədiklərini tam olaraq ortaya qoydu. Onların fikiri status-kvonu saxlamaqla münaqişəni uzun müddət dondurmaq, işğal olunmuş ərazilərin əvvəlcə mübahisəli ərazilər statusuna keçməsinə nail olmaq, daha sonra bu torpaqları Ermənistanın de-fakto əraziləri kimi qəbul etmək idi. Beləliklə, uzunmüddətli planda bu ərazilərin Ermənistan əraziləri kimi tanınmasına nail olmaq niyyəti var idi. Bu plan pozulanda ilk olaraq Fransa sifətindəki “vasitəçi”maskasını çıxartdı və BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı məsələ qaldırdı. Buna nail ola bilməyəndə Rusiyanı münaqişəyə qatmaq istədi. Bu da alınmayanda, Ermənistan tam və qəti şəkildə məğlub olduqdan sonra indi onu açıq şəkildə silahlandırır, Azərbaycanla münaqişəyə sövq edir. Digər tərəfdən, Fransa beynəlxalq müstəvidə aparılan anti-Azərbaycan kampaniyasına, həmçinin beynəlxalq hüquq müstəvisində Azərbaycana qarşı hüquqi nəticələr gətirən qərarların əldə edilməsi istiqamətindəki fəaliyyətlərə başçılıq edir. Bu fəaliyyətə Fransanın bütün rəsmi dairələri, o cümlədən parlamenti, hökuməti, xarici siyasət idarəsi açıq şəkildə qoşulub. ABŞ isə anti-Azərbaycan fəaliyyətlərini hələlik konqresmenlər, senatorlar, Dövlət Departamentinin faktiki və bilavasitə tabeliyində olan qurumlar, o cümlədən USAİD, Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası, “Freedom house” kimi GONGO təşkilatlar vasitəsi ilə aparır”.

Perspektiv gözləntilərə gəldikdə, STM icraçı direktorunun fikrincə, Azərbaycanın Avropanın inteqrasiya təşkilatlarında üzv kimi qalması yaxşı olardı:

“Amma bu, ilk növbədə həmin təşkilatların və Avropanın özünə lazımdır. Əgər Avropa Şurası Parlament Assambleyası ələ alınmış bir qrup deputatın iradəsini davam etdirəcəksə, o zaman əlbəttə, bu qurumun digər 3 əsas orqanı ilə də əməkdaşlıq mənasını itirəcək və bu halda Şurada qalmağın mənası olmayacaq. Bu, Avropaya lazmımdırmı? Məncə yox. Amma kimlərəsə lazmıdır. Fikirləşsinlər! Baxmayaraq ki, Avropada praqmatik siyasətçilərin sayı azalmada davam edir...”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR