İnsanlara hürriyət, millətlərə istiqlal!

MEK-in təşkilatçılığı ilə coğrafiyaşünas alim Ənvər Şıxlinskinin kolleksiyası təqdim olunub - FOTOLAR

1539 20.04.2017 17:30 Təhsil A A

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə AMEA Coğrafiya İnstitutunun mərhum direktoru, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru Ənvər Şıxlinskinin kolleksiyasının təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bu cür tədbirlərin müəssisədə tez-tez keçirildiyini, hər həftənin dördüncü gününün təqdimatlara ayrıldığın dedi. Bildirdi ki, keçirilən təqdimatlar kitabxanaya verilən kitab kolleksiyalarının, ziyalıların əsərlərinin, fondlarda qorunan incilərin ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.

MEK-in Kataloqlaşdırma və sistemləşdirmə şöbəsinin əməkdaşı Aygün Mehdiyeva slaydla alimin keçdiyi ömür yolunu qısa şəkildə tədbir iştirakçılarına təqdim etdi. Daha sonra elmi fəaliyyəti haqqında danışan çıxışçı Ənvər Şıxlınskinin ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olduğunu,ilk dəfə olaraq on bir iqlim qurşağından doqquzunun Azərbaycanda olmasınınelmiəsaslarını verdiyini dedi. Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatları barədə iştirakçıları məlumatlandırdı. Daha sonra A.Mehdiyeva kitabxanaya bağışlanan kolleksiya haqqında məlumat verərək, onun 755 adda kitabdan ibarət olduğunu, bunlardan 26-nın azərbaycan, 729-nun isə rus dilində olduğunu deyib.

Kolleksiyada müxtəlif elm sahələrinə dair kitablar öz əksini tapıb. Bunlar kənd təsərrüfatı elmləri, fizika-riyaziyyat, yer haqqında elmin müxtəlif sahələri- geologiya, coğrafiya, yerin fizikası, meteorologiya və s. sahələr, biologiya, iqtisadiyyat, tarix, bədii ədəbiyyat, texnika, fəlsəfə, elm, tibb, sosiologiya və b. elm sahələrinə dair kitablardır. Bundan başqa kolleksiyanın tərkibində müxtəlif elmi konfranslara həsr olunmuş kitablar, elmi əsərlər, elm sahələrinə aid lüğətlər yer alır.

AMEA-nın Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Ənvər Şıxlinski haqqında xatirələrini bölüşərək, alimin insani keyfiyyətlərindən danışdı. M.Həsənov eyni zamanda Ə.Şıxlınskinin elmi fəaliyyəti, gördüyü işlər, apardığı tədqiqatlar və onun nəticələrindən geniş şəkildə bəhs edib.

Çıxış edən Əməkdar incəsənət xadimi, kinorejissor Ziya Şıxlınski alimlə qohumluq bağlarından danışaraq xatirələrini bölüşdü. Onun alimlədəniz kənarındakı gəzintiləri, zəngin yumor hissi haqqında xatirələri tədbir iştirakçılarda xoş təəssüratlar yaradıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlıuşaq olarkən ailədə Ənvər Şıxlınski haqqında çox danışıldığını, belə bir alimlə eyni soyadı daşımasıyla fəxr etdiyini deyib.

AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Hacı Şıxlinskinin çıxışından sonra alimin nəvəsi, rəssam Səbinə Şıxlinski və həyat yoldaşı Heybət Babayev Mərkəzi Elmi Kitabxana ilə tanışlıqdan sonra babalarının kitab kolleksiyasının kitabxanaya təqdim edilməsinin doğru qərar olduğu dilə gətirdilər.Kolleksiyada təqdim olunan kitabların həm də böyük xatirələr daşıdığını, Ə. Şıxlinskinin kitablarda şəxsi qeydlər olduğunu xüsusilə vurğuladılar. Təqdimata görə MEK rəhbərliyinə və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Sonda Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxanaya daxil olan kolleksiyaların qeydiyyatı, elektron və ənənəvi kataloqa daxil edilməsi, Milli Rəqəmsal Yaddaş bazası haqqında qısa məlumat verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR