İnsanlara hürriyət, millətlərə istiqlal!

"MƏK-AN" MTK-nın təsisiçisinə və şərikinə ağır cəza verildi - Yüzlələrə insana zərər dəyib

1162 30.06.2021 16:10 Kriminal A A

5 milyon dollarlıq dələduzluqda ittiham olunan şəxslər növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Faiq Məmmədov və 1984-cü il təvəllüdlü Fuad Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Fuad Bayramov 12 il, Faiq Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən Faiq Məmmədov məhkəməyə bildirib ki, onun özü də zərərçəkmişdir. Belə ki, o da digər təqsirləndirilən Fuad Bayramovun əməllərindən zərər çəkdiyini deyib. Faiq Məmmədov məhkəməyə mülki iddia təqdim edib.

Faiq Məmmədovun vəkili isə vəsatət verərək bildirib ki, iş üzrə zərərçəkmişlər müdafiə etdiyi şəxsdən şikayətçi deyil və onlarla barışıq əldə edilib.

İttihama görə, Fuad Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, Faiq Məmmədov isə şirkətin sərmayəçilərindən biri olan zaman ümumilikdə 44 vətəndaşa qarşı 5 milyon dolları dələduzluq edib.

Daha əvvəl Faiq Məmmədov mətbuata açıqlamasında bildirib ki, Fuad Bayramovun maliyyə fırıldağının qurbanı olub.

Qeyd edək ki, adı çəkilən şirkətin təsisçisi Fuad Bayramov eyni mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.

Onlara qarşı dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə maddələri ilə ittiham edilir.

Faiq Məmmədov əmək fəaliyyəti dövründə Azərbaycan Mərkəzi Bankında, Azərbaycan İpoteka Fondunda, Dünya Bankının layihəsində, dövlət və özəl şirkətlərdə çalışıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR