İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhv edilən erməni terrorçuların ADLARI və GÖRÜNTÜLƏRİ CANLI yayında... - Qabil Hüseynli danışır

1353 13.02.2024 15:41 Son xəbər A A

Avropa Şurasının Baş katibi Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb. Musavat.com xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç “X”də yazıb. O qeyd edib: “Ermənistan və Azərbaycan sərhədində atışmaların olması barədə məlumatlardan narahatdıq. Hər iki tərəfi təmkinli olmağa çağırıram. Dialoq davamlı sülh əldə etməyin yeganə yoludur”.

Ermənistan Müdafiə Nazirliyi isə məhv edilən hərbçilərin adlarını açıqlayıb. Məlumata görə, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu ilə birgə məhv edilən hərbçilər bunlardır: Edvard Arutyunyan (1974), Qaqik Manukyan (1982), Arsen Hambardzumyan (1979) və Hraçya Hovhannisyan (1957).

Ötən gün Azərbaycanın Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar. “Yerkrapa” terror təşkilatı (Yurdun qoruyucuları) - Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır.

Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk növbədə 6 min erməni müharibə iştirakçısından ibarət olub. Azərbaycanda fəaliyyəti terror təşkilatı kimi dəyərləndirilən bu ittifaqın Ermənistanda böyük və nüfuzlu bir qrup sayılır. “Yerkrapa” Birinci Qarabağ müharibəsində fəal iştirak edib. Terror təşkilatı Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılıb. Sarkisyanın ölümündən sonra “Yerkrapa”nın Ermənistan siyasətində təsiri azalmağa başlayıb.

“Yerkrapa” Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Terror təşkilatı 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərib. “Yerkrapa”nın hazırki komandiri Sasun Mikayılyandır.

Məşhur komandirləri isə Vazgen Sarkisyan və Manvel Qriqoryan olub. “Ermənistanın Müdafiə Nazirliyi insanları məlumatlandırmaq üçün lazım olan qədər məlumat verir”.

“Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib və medianı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərlərini izləməyə çağırıb.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə sərhəd təxribatlarını müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR