İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyevanın yardım etdiyi Nazilə Musayeva “Yeni Müsavat”a danışdı - VİDEOREPORTAJ, FOTOLAR

3676 14.02.2019 18:43 Reportaj A A

Bir neçə gün öncə kimsəsiz, xəstə vəziyyətdə küçələrdə qalan Bərdə şəhər sakini Nazilə Musayeva və azyaşlı oğlu haqqında məqalə dərc etmişdik. Bu yazıya həm cəmiyyətdən, həm millət vəkillərindən ciddi reaksiyalar gəldi. ( Həmin yazı ilə bu linkdə tanış ola bilərsiniz: Küçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLAR )

Daha sonra birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi və sosial problemlərinin həlli ilə bağlı müvafiq tapşırıq verdi.

Bu tapşırıq əsasında Bərdədən Bakıya gətirilən Nazilə Musayevanı musavat.com olaraq, biz də qarşılayıb, problemlərini bir daha öz dilindən ictimailəşdirməyə çalışdıq.

N.Musayeva onun sağlamlığına qovuşması üçün dəstək göstərən hər kəsə minnətdarlığını bildirərək, sosial təminatı və evsizlik probleminin həlli üçün kömək istədi. Bu günə qədər həyatda olmazın əzablara qatlaşan ana oğlunu normal şərtlərdə böyütmək üçün buna ehtiyacı olduğunu vurğuladı.

Hazırda Bakıda xəstəxanaya yerləşdirilən Nazilə Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Eyni zamanda Nazilə Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA,
Məğrur Mərd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR