İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürdü

2386 28.09.2023 22:56 Son xəbər A A

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı deputatın əmisi professor Qəzənfər Paşayev verib.

O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq. Səhər saat 10-da isə Heydər məscidində cənazə namazı qılınacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR