İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyeva onlarla bağlı tapşırıq verdi - Bütün xərclər ödəniləcək

2811 14.02.2019 12:01 Gündəm A A

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, hazırda Bakıda xəstəxanaya yerləşdirilən Nazilə Musayevanın əməliyyatı və gələcək müalicə ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Eyni zamanda Nazilə Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Musavat.com bu ailənin acınacaqlı durumu haqqında bir neçə gün öncə ətraflı məlumat vermişdi.

Həmin yazı ilə bu linkdə tanış ola bilərsiniz: Küçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLAR

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR