İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyeva gənclərin səsinə səs verdi: tarixi bina sökülmədi

2447 09.05.2019 08:25 Ölkə A A

Bəxtiyar Sadıqov: “Belə təmaslar həm islahatların sürət və keyfiyyətinə təsir edəcək, həm də..."

Bir neçə gün idi Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən tarixi binanın söküləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar dolaşırdı. İnsanlar tarixi binanın sökülməsinə qarşı çıxıb, bu binanın qorunmalı olduğunu bildirirdilər. Binanın tarixinə gəlincə isə sənətşünaslar tikilinin 1913-cü ildə molokanların dua evi kimi tikildiyini söyləyirlər.

Sovet dönəmində burada Rabitə Nazirliyinin Radio Evi yerləşib. Postsovet dövründə bina boş qalıb və faktiki olaraq sahibsiz olub. Son vaxtlar “Salaam Cinema”nın entuziastları oranı sahmana salaraq kino nümayiş etdirirdilər. Məhz həmin gənclər binanın mühafizəsinə qalxıblar. Orada çalışan gənclər məlumat yaymışdılar ki, binanı mayın 2-də sökməyə cəhd ediblər. Məlumata görə, bina 2018-ci ildə özəlləşdirilib. Sahibkar isə hazırda binada icarə yer götürüb çalışan gənclərə 15 iyuna qədər oranı tərk etməyi tapşırıb.

Bu kimi məlumatlar yuxarıda da qeyd etdiyimiz kimi sosial şəbəkədə qalmaqal yaratmışdı. Lakin mayın 7-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənclərə dəstək çıxıb, özünün instaqram səhifəsində Süleyman Rüstəmov küçəsində yerləşən tarixi bina ətrafında yaranan qalmaqala reaksiya verdi.

Картинки по запросу mehriban əliyeva

Mehriban Əliyeva binanın dövlətin nəzarətində olduğunu bildirdi. Birinci vitse-prezident qeyd etdi ki,  Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir: “Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz - ümumi evimiz kimi qorumalıyıq”.

Mehriban Əliyevanın bu addımı həm gənclər, həm də ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Rəylərə keçməzdən öncə məlumat verək ki, molokanlar pravoslav kilsəsindən ayrılan, özlərini ruhani xristian adlandıran, daha çox əkinçiliklə məşğul olan ruslardır. Onların əsl adı “ikonoklast”dır. Molokan ifadəsinin yaranma tarixi ilə bağlı müxtəlif fərziyyələr var. Bəziləri belə hesab edir ki, onları Meritapol qəzasının “Moloçnı” kəndinə sürgün elədiklərinə görə elə adlandırıblar.

Digərləri düşünür ki, molokanlar pravoslav kilsəsinin inancına qarşı çıxaraq, ibadət zamanı çaxır deyil, süd içirlər. Rus dilində də “molokon” “süd içən” deməkdir. Bəziləri isə belə hesab edir ki, molokanlar ruslardan sayca az olduğuna görə, onların adı “malo”, yəni “az” sözündən yaranıb. Molokanların başqa bir özəlliyi onların müsəlman və yəhudilər kimi donuz əti yeməməsidir. Molokanlar donuz əti və qabıqlı dəniz heyvanlarını haram sayır, spirti içki içmirlər. Bu barədə araşdırma aparan professor Orxan Türkdoğan molokanlığı “yəhudi və xristian inanclarının sintezi” kimi qiymətləndirib.

Mənbələrdə göstərilir ki, Azərbaycana molokanların köçürülməsi 1832-ci ilə təsadüf edir. Molokanların köçürüldüyü ərazilərin sırasına müsəlmanların üstünlük təşkil etdiyi İrəvan və Borçalı bölgələri də daxil idi.  Bu gün İsmayıllıdakı İvanovka, Gədəbəydəki Saratovka, Slavyanka, İvanovka, Masallıdakı Kalinovka kəndlərində onlara rast gəlmək mümkündür.

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan deputat Bəxtiyar Sadıqov bildirib ki, İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra Azərbaycanda çox dərin islahatlar keçirilir: “Çox şadam ki, bu islahatlar nəinki iqtisadiyyat və siyasətə, eyni zamanda rəhbərliklə xalq arasındakı münasibətlərə də təsir edir. Biz cənab prezident İlham Əliyevin xalqla təmasının yeni formalarını görürük. Doğrudur, bu görüşlər əvvəlkilər kimi səmimidir, insanlar yenə də sərbəstdirlər, fikirlərini ifadə edə bilirlər. Ancaq bundan əlavə, görüşlərdə yeni çalarlar da var. Bu, bizi çox sevindirir. Bəzən gizli deyil ki, hər hansı bir məsələnin həllində bizim yüksək çinli dövlət məmurları qəti qərar verə bilmirlər. Onlar gözləyib öyrənmək istəyirlər ki, dövlət başçısının məsələ ilə  bağlı mövqeyi necədir. Belə ərəfədə məsələnin həlli yubanır və insanlar narazı qalırlar. Mehriban xanımın artıq əvvəlkilərə nisbətən daha fəal şəkildə bu cür məsələlərə müdaxiləsi çox sevindiricidir. Diqqət yetirsək görərik ki, artıq cənab prezidentin tapşırığı ilə Prezident Administrasiyasındakı məmurların bir çoxu yerlərə gedib, vətəndaşları qəbul edirlər. İndiyə qədər dünyanın heç bir yerində olmayan praktikadır ki, nazirlər tərtib olunmuş qrafik əsasında hər ay müxtəlif bölgələrdə vətəndaşları qəbul edirlər. Bu, çox gözəl təcrübədir. Çünki vətəndaş Bakıya gəlib, nazirin qəbuluna asanlıqla girə bilmirdi. İndi isə nazir özü vətəndaşın yanına gedib, onun problemini dinləyir. Artıq yerlərə gedən məmurların da sayı artıb. Bu da eyni zamanda Azərbaycan iqtidarının o siyasətindən xəbər verir ki, xalqın problemi operativ şəkildə dinlənilib, həll edilsin. Sonuncu olaraq, binanın sökülməsi ilə bağlı yaranmış vəziyyət və Mehriban xanımın hadisəyə münasibəti yuxarıda sadaladığım məqamlarla bağlıdır. Düşünürəm ki, belə təmaslar getdikcə daha da sıx olacaq. Bu isə həm islahatların sürət və keyfiyyətinə təsir edəcək, həm də vətəndaş məmnunluğunu daha da artıracaq”.

Tarixçi Dilavər Əzimli ile ilgili görsel sonucu

Tarixçi Dilavər Əzimli “Yeni Müsavat”a bildirib ki, hadisəni çox yüksək qiymətləndirir: “Ölkədə ən çox işləyən, xalqın qeydinə qalan prezident və birinci vitse-prezidentdir. Bəziləri isə sanki müəyyən xarici qüvvələrlə iş birliyinə gedib, ölkədə fitnə-fəsad salmaq istəyirlər. Əslində tarixi binaya hücum da düşünürəm ki, həmin siyasətin davamıdır. Mehriban xanım vaxtında müdaxilə edərək həm tarixi abidəni xilas etdi, həm də fitnə-fəsadın qarşısını aldı. Bu, artıq neçənci hadisədir. Bir neçə gün öncə İçərişəhərdə də oxşar hadisə baş verdi. Orada da xanım Mehriban Əliyeva məsələyə qarışdı və düşünülən qalmaqal planı pozulmuş oldu. Eyni zamanda bütün bunların fonunda 130 ağacın bir gecəyə qırılmasından da danışmaq olar. Belə məqamlarda artıq cəmiyyətin özü də fəallaşmalıdır və demək olar ki, fəallaşır. Hər şeyi prezidentdən gözləmək olmaz. Bu cür tarixinə qarşı gedənlərlə bağlı ciddi ölçü götürülməlidir”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR