Müğənni Seda Sayan ilə şoumen Mehmet Ali Erbil arasında yaşanan qalmaqala aparıcı Seren Serengil də qoşulub.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə Erbilə dəstək olub:
“Mehmet Alini incidəni incidərəm. Bardan çıxıb, etmədiyi əxlaqsızlıq qalmayan, zamanında varlı iş adamlarına qadın düzəldənləri heç zaman bağışlamaram. Erbil, sənə atdıqları böhtanı sübut edə bilməzlər. Amma məndə onların görüntüləri var. Sənə bir söz desələr, onları yayımlayaram”.
Serengil 4 dəqiqə sonra yazdıqlarını silib.
Qeyd edək ki, Erbil xəstəxanada olarkən Sedanın onunla maraqlanmamasına qəzəblənib. Bu səbəbdən Seda haqqında qalmaqallı şərh verib:
“Keçmişdə günahlar etməsəydi, dini veriliş də aparardı. Reytinq verməyən bu qadını televiziyalar niyə efirə çıxarır".
Seda Sayan da Erbilin sözləri qarşısında qalmaqallı iddia ortaya atıb:
“Tuğba Coşkun ilə evli olarkən, evindəki məsum xidmətçi qıza təcavüz edərkən səssiz qaldığım üçün keçmişim kirlidir, bunu düz dedin! Daha nələr var, məncə, işinə bax”.
Könül
Musavat.com






