MƏHKƏMƏLƏR SEÇKİ ŞİKAYƏTLƏRİNƏ ÜÇ GÜN ƏRZİNDƏ BAXACAQ
R.Rzayev seçki prosesini vətəndaşların idarəetmədə böyük fəallığı kimi dəyərləndirib: “Seçki zamanı hər hansı hüquqi mübahisələr olduqda Mərkəzi Seçki Komissiyasına müraciət olunur. Əgər şikayətçi MSK-nın qərarından narazı qalsa, o zaman məhkəməyə müraciət edir. Buna görə istəyirik məhkəmənin fəaliyyətini genişləndirək ki, belə məsələlər olduqda məhkəmənin qəbul etdiyi qərarlar Avropa standartlarına uyğun və ədalətli şəkildə olsun. Həm seçiciləri, həm də namizədləri daha mükəmməl müdafiə etməyə çalışacağıq. Uzun müddətdir ki, biz bu sahədə Venesiya Komissiyası ilə əməkdaşlıq edirik”.
R.Rzayev seçki ilə bağlı müraciətlərə 3 gün müddətində baxılacağını da vurğulayıb.
R.Rzayev seçki ilə bağlı müraciətlərə 3 gün müddətində baxılacağını da vurğulayıb.






