İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə zalında həbs edilən şəxsə hökm oxundu

806 31.10.2018 13:31 Kriminal A A

Qadına qarşı dələduzluq edən şəxsə hökm oxundu.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İsmayıloğlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İ.İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. İsmayıloğlu zərərçəkmiş qadına mənzil tikəcəyi vədi verib. Lakin pulu aldıqdan sonra qadını aldadıb.

İ.İsmayıloğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Xatırladaq ki, məhkəmə istintaqı dövründə İsmayıloğlu ev dustaqlığında olub. Lakin istintaq başa çatandan sonra məhkəmədə son söz deməli olan İsmayılmoğlu məhkəməyə gəlməyib.

Buna görə də məhkəmə onun barəsində axtarış elan edib və o, həbs olunub.

Qeyd edək ki, istintaq dövründə İ.İsmayıloğlu dəymiş zərərin 20 min manatını geri qaytarıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR