Meriya AİP-in oktyabrın 22-də Bakıda keçirmək istədiyi mitinqə yer ayırmaqdan imtina edib. Bu qərarı qanunsuz sayan təşkilat komitəsinin üzvləri - partiyanın sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, sədr müavini Rövşən Əhmədov oktyabrın 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət ediblər.
İddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanır, bu qurumdan partiyaya 5000 manat təzminat tutulması və meriyanın üzərinə aksiya üçün münasib yerin ayrılması öhdəliyi qoyulması istənilir.






