Məhkəmə azərbaycanlıların Jirinovskiyə qarşı iddiasını qəbul etdi
Moskvanın Tver məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələrinə görə iddianı qəbul edib. Musavat.com RİA "Novosti"yə istinadən xəbər verir ki, iddaya iyulun 31-də baxılacaq.
Məhkəməyə Sadiq və Elmira Məmmədovalar müraciət ediblər. Onlar Jirinovskinin təhqiramiz ifadələri təkzib etməsi və 100 milyon rubl təzminat ödəməsini tələb edirlər.
İş üzrə cavabdeh kimi Rusiya Dövlət Duması göztərilir. Çünki, deputat təhqir çıxışını parlamentin aşağı palatasının iclasında edib.






