İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhbus ailəsindən tanınmış vəkilə dələduzluq ittihamı

1393 17.10.2016 08:30 Ölkə A A
Hazırda həbsdə olan Səid Dadaşbəylinin həyat yoldaşı İlhamə Dadaşbəyli vəkil Elçin Qəmbərovu ittiham edən status paylaşıb. İ.Dadaşbəylinin facebookdakı statusunu  təqdim edirik:

“Uzun illərdir ki, ədalətsizliyin, hüquqsuzluğun qurbanı olaraq qalmaqdayıq. Heç bir cinayət törətməməsinə rəğmən Səid Dadaşbəyli və onunla bərabər bir neçə adam həbs həyatı yaşayır. Onları şərləyən cinayətkarlar ifşa olunsalar da, amma Səid və ”Səidin dəstəsi" adlandırılan insanlar cəza çəkməkdədir. Bizi üzən daha bir məqam var. Bu ümid etdiyimiz, köməyini gözlədiyimiz bəzi adamların, konkret olaraq, vəkil Elçin Qəmbərovun bizi üzməsi oldu. Elçin Qəmbərov kimi adamları görəndə, düşünürsən ki, ədalətsiz adamlar, başqasının haqqını əlindən alanlar təkcə hökumətdə deyil".

İ.Dadaşbəyli yazır ki, indiyə qədər susmaqları səbəbsiz olmayıb: “Bu adam ölkənin nüfuzlu müxalifət liderlərindən birinin adı ilə bizdən 5000 dollar pul aldı ki, Səid Dadaşbəylinin adını siyasi məhbus siyahısına saldıracaq. Biz sonradan öyrəndik ki, Elçin Qəmbərov həmin şəxsin adını etibarımızı qazanmaq üçün çəkib. Bununla o, açıq formada dələduzluq edib. Bundan başqa o, bizdən Səidi əfvə saldırmaq adıyla 25 min manat pul almaq istədi.Yenə də illər keçdi, əfvə olan ümidlərimiz puça çıxdı. Nəhayət, anladıq ki, Elçin Qəmbərov dələduzluq edərək, pulumuzu mənimsəyib. Əməlinin üstü açılanda vəd verdi ki, qaytaracaq. Amma yenə də aldatdı”.

İ.Dadaşbəyli hüquq-mühafizə orqanlarına müraciət etdiklərini diqqətə çatdırır: “2015-ci ildə onu polisə verdik və cinayət işi başlandı. Sonra müxtəlif yollarla bu işdən çıxdı. Həbsdə olan bir insanın ailəsinin, yaşlı  valideynlərinin heysiyyəti ilə oynamaq heç bir vicdana sığmır. Biz aidiyyəti qurumlara öz şikayətlərimizi edəcəyik”.

İ.Dadaşbəylinin ittihamlarına vəkilin münasibətini dinləməyə və dərc etməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR