İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Saakaşvilidən danışdı: “Şalvarına…”

5724 12.11.2016 18:49 Dünya A A
Rusiyanın Baş naziri Dmitri Medvedyev Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa qubernatorluğundan istefasına münasibət bildirib.

Axar.az xəbər verir ki, baş nazir keçmiş prezidentin uğursuz olduğunu deyib:

“Bu deyim qüvvədədirsə, yenə şalvarına batırdı. Əlbəttə, bu, Odessanın belə bir adamın başçılığı ilə inkişafını gözləyən Ukrayna üçün heç də yaxşı olmadı. Onun Gürcüstanda karyerası bitdi. Görünən odur ki, Ukraynada da eyni şey baş verir”.

Xatırladaq ki, Saakaşvili Ukrayna rəhbərliyini korrupsiya ilə mübarizədə istəksiz olduğunu iddia edərək istefa verib. Sabiq prezident dövlət başçısı Pyotr Poroşenkonu da bölgədəki kriminal qruplaşmaları müdafiə etməkdə günahlandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR