İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Rusiyanı tərk edən yazıçılar haqda: “Nabokov deyillər”

573 15.12.2023 18:20 Dünya A A

Rusiyanı tərk edən yazıçılar üçün ən böyük cəza dəyər vermədikləri ölkənin vətəndaşlığı deyil, “pul itkisi” olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında yazıb.

“Onlar  (Rusiya Federasiyasından xaricə gedən yazıçılar nəzərdə tutulur) üçün ən ağır cəza vətəndən ayrılmaq, vətəndaşlığın itirilməsi olmaz. Onsuz da onlar buna dəyər vermirlər. Onlar üçün ən ağırı pul itkisidir. Onlar Nabokovlar deyil axı, çətin ki, rus dilində olduğu kimi başqa dillərdə də yaza bilsinlər”, - deyə siyasətçi qeyd edib.

Medvedyev həmçinin qeyd edib ki, rus yazıçıları öz əsərlərinə, onların Rusiyada nəşr edilməsinə və ekranlaşdırılmasına görə məmnuniyyətlə külli miqdarda qonorar alırlar ki, bu pullar barələrində nalayiq ifadələr səsləndirdikləri vətəndaşların vergiləri hesabına yığılır.

Bundan əvvəl yazıçı Dmitri Bıkovun Rusiyadakı əmlakından məhrum edilməsi məsələsi qaldırılmışdı. Bu gün isə məlum olub ki, Bıkovun və Boris Akuninin kitabları satışdan yığışdırılır. Onların Ukrayna ordusuna rəğbət ifadə etdikləri bildirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR