İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedevdən önəmli açıqlamalar: 'Deməyəcəyik ki, türklər gəldi, siz gedin' - VİDEO

5244 03.07.2016 20:00 Gündəm A A

Rusiyanın baş naziri Dmitri Medvedev “Rossiya 24” telekanalında yayımlanan Sergey Brilev ilə “Şənbə xəbərləri” proqramının qonağı olub. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,  baş nazir Rusiya ilə Türkiyə münasibətləri barədə önəmli açıqlamalar verib. Rusiya hökumətinin Türkiyə ilə hər səviyyədə müzakirə aparacağını ifadə edən Medvedev "Nazirlər və baş nazir köməkçiləri bu məsələlərlə maraqlanacaq, şəxsən mən də müzakirələrə hazıram”-, deyə bildirib. 

Medvedev viza başda olmaqla, siyasi problemlərin və iqtisadi əməkdaşlığa dair məsələlərin mərhələli olaraq həll ediləcəyini də vurğulayıb. 

Rusiya vətəndaşlarına yay aylarında Türkiyəni ziyarət etmə imkanının yaradılmasının gərəkliyini qeyd edən baş nazir  Türkiyəyə təhlükəsizlik tədbirlərini artırmağı məsləhət görüb: "Türkiyə terror hücumuna məruz qaldı və təəssüf ki, bu ilk dəfə olmadı. Bu səbəblə, təhlükəsizlik məsələsi ön planda olmalıdır”.

Medvedev, həmçinin, Türkiyə də daxil olmaqla, heç bir ölkənin maraqları üçün iqtisadiyyatda dəyişik etməyəcəklərini bildirib. Türkiyəyə tətbiq olunan sanksiyalar səbəbiylə Rusiya bazarında müxtəlif  ölkələrin fəaliyyət göstərməyə başladığını xatırladan Medvedev "Əlbəttə yaxşı niyyətlərlə bazarımıza daxil olanlara “Türk şirkətləri geri dönür, siz getmək məcburiyyətindəsiniz” deməyəcəyik. Hər şey olduğu kimi davam edəcək”-, deyə açıqlama da verib. 

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR