pia.az-ın ƏMƏKDAŞI AKADEMİYADAN QOVULUR
“Akademiya rəhbərliyinin semestrin sonunadək müxtəlif yollarla təzyiqlər göstərməsindən sonra nəhayət ki əsl niyyətləri ortaya çıxııb. Belə ki, əməkdaşımız semestr ərzində üç kəsrlə üz-üzə qalaraq akademiyadan qovulmaq üzrədir. Elmin Bədəlov artıq iki fənndən və bir kurs işindən qərəzli şəkildə kəsilərək akademiya rəhbərliyinin qurbanına çevrilib.
Onu da bildirək ki, əməkdaşımız Elmin Bədəlov akademiyada təhsil aldığı 4 il ərzində bir dəfə də kəsilməmiş, lakin son semestrdə ard-arda üç kəsirlə üzləşmişdir. Bu da akademiya rəhbərliyinin tələbə-əməkdaşımızına qarşı qərəzli olduğundan xəbər verir.
Qeyd edək ki, Elmin Bədəlovun daha bir neçə tələbə yoldaşı kəsilərək onlara bildirilib ki, sizi də Elmin Bədəlova görə kəsiblər. Bu vasitə ilə də tələbə yoldaşları bir-biriylə üz-üzə qoymağa çalışırlar" deyə pia.az-ın məlumatında bildirilir.
Agentlik həmçinin bildirib ki, artıq dekan Qasım Məmmədov və kafedra müdiri Vasif Əliyev E. Bədəlova akademiyadan qovulduğunu, sadəcə olaraq rektorun qovulma əmrini imzalamasının qaldığını deyiblər: “Biz PİA olaraq, gələn həftə bu məsələ barədə geniş mətbuat konfransı keçirəcək, ADNA-da baş verən bütün qanunsuz hadisələr barəsində əlimizdə olan məlumatları yayımlayacağıq. Əməkdaşımıza qarşı təzyiqlər son mərhələdə olduğu üçün akademiya rəhbərliyini ifşa edəcək faktları açıqlayacağıq.
Eyni zamanda, Elmin Bədəlov qovulma əmrini aldıqdan sonra bu qərar barədə məhkəməyə şikayət edəcək və öz təhsil hüququndan istifadə etmək haqqını sonunadək tələb etməyə çalışacaq".