İnsanlara hürriyət, millətlərə istiqlal!

DAY.AZ VƏ TODAY.AZ SATILDI

2082 25.02.2009 00:51 Media A A

Onun sözlərinə görə, layihənin satılması ilə bağlı məsələləri təsisçi həll etdiyi üçün onun detallar barədə məlumatı yoxdur.

E. Baimov əlavə edib ki, o layihənin yeni təsisçisi ilə birlikdə çalışmayacaq. Kollektiv üzvlərinin də layihədə qalıb-qalmayacaqları hələlik məlum deyil.

Qeyd edək ki, bu il fevralın 18-də “Day.az” və “Today.az” layihələri fəaliyyətini dayandırıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin bu gün layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib.

"Reqnum"un məlumatına görə, belə bir versiya var ki, Day.az-ın bağlanmasının səbəbi Azərbaycanın Rusiya və Türkiyə ilə əlaqələrinin inkişafına mane olan materiallar yerləşdirməsidir. Bundan başqa, saytın əməkdaşının Londonda yaşayan Boris Berezovskidən müsahibə götürməsi də saytın bağlanmasında həlledici faktor kimi qalır. Qeyd edək ki, həmin müsahibədə Berezovski Putinin qlobal böhrandan əvvəl 40 milyard dollara sahib olduğunu deyib və Rusiyanın baş naziri haqqında mənfi fikirlər səsləndirib. Lenta.ru-nun məlumatına görə, Day.az-ın həmin müsahibəsi sonradan Rusiyanın internet resurslarında yayılıb və hələ də onu İnoSMİru-da tapıb oxumaq olar.

Xatırladaq ki, “Day.az” 2003-cü ildə yaradılıb. Saytın təsisçisi millət vəkili Anar Məmmədxanov idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR