İnsanlara hürriyət, millətlərə istiqlal!

ANS İranda fəaliyyət üçün lisenziya aldı

1787 21.04.2014 17:47 Media A A


Dünyanın bir çox aparıjı televiziya kanalları bu lisenziyanı almağa hələ də müvəffəq olmayıb. Rusiya, ABŞ, Avropanın aparıcı ölkələrinin televiziya kanalları, beynəlxalq miqyaslı televiziya şirkətləri buna nail ola bilməyiblər. 

“Bu müvəffəqiyyət ANS-ə indi göründüyü qədər rahat və tez başa gəlməyib. Bunun üçün ANS illərini sərf edib. Uzun danışıqlardan sonra təxminən 5 il əvvəl ANS İranda müxbirinin fəaliyyət göstərməsinə nail oldu.  Bu, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin İrana səfərindən və orada apardığı danışıqlardan sonra mümkün oldu”.  
ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev ANS-ə müsahibəsində belə deyib. O, daha sonra əlavə edib: 

“Bu müddət ərzində biz çalışırdıq, hətta o səviyyəyə gəlib çatmışdıq ki, İran dövləti orda bizim müxbir məntəqəmizin yaranmasına imkan vermişdi. Hətta biz son vaxtlar ordan reportaclar da çəkir və göstərirdik. Bizə maneçilik törətmirdilər, lakin bunlar rəsmi səviyyədə deyildi.    
İndi isə bu lisenziyanın verilməsi ilə İran öz qapılarını ANS-in və Azərbaycan tamaşaçısının üzünə taybatay açdı. İki ölkə arasında zamanla yaşanan anlaşılmazlıqları aradan qalxması və münasibətlərin inkişafı ilə bağlı indi hər iki tərəfin söz deməyə ortaq məkanı var -  bura ANS-dir”. 

İranın Azərbayjandakı səfiri Möhsün Pak Ayin məsələ ilə bsğlı bildirib: “ANS İranda iki ölkə münasibətlərinə müsbət və obyektiv baxışı olan bir telekanal kimi tanınınr. Səfirlik olaraq bizim aramızda da hər zaman yaxın əlaqələr olub. ANS-dəki dostlarımız zamanla İrana səfər ediblər. Bu səfərlər çərçivəsində iki ölkə xalqlarının yaxınlaşmasına xidmət edən sücetlər hazırlanıb. Məhz bu cür münasibətlər və sıx əməkdaşlıq  ANS-in lisenziya əldə etməsinə səbəb oldu. Media sahəsində güc sahibi olan ölkələr öz istidəklərini məhz media vasitəsilə digər ölkələrdə yaymağa çalşırlar. Media sahəsində yaşanan azadlıq da məhz bu istəklərini reallaşdırmasına yardım edir. Bu isə məlumatların qeyri-obyektiv yayılmasına səbəb olur. Buna görə də İran İslam Respublikası iki ölkə mediasının yaxınlaşmasını dəstəkləyir və gələcəkdə onlar arasında sazişlərin imzalanajağına inanınr”. 

Təbii ki, ANS-in bu uğuru Azərbaycan və İran arasında münasibətlər yaxınlaşmadan mümkün deyildi. Bu isə Azərbaycan prezidenti İlham Əliyevin İrana son səfərindən, İran İslam Respublikasının prezidenti  Həsən Ruhani və İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə keçirdiyi görüşlərdən sonra mümkün oldu. Təsadüfi deyil ki, məhz o görüşdən bir həftə sonra ANS dövlət səviyyəsində qeydiyyatdan keçərək lisenziya əldə etdi və beləliklə bu ölkədə yazılı, video və foto curnalistika ilə məşğul olmaq imkanı qazandı. 

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, bu gün lisenziya təqdim ediləndə bir daha vurğulandı ki, bu, məhz iki ölkə prezidentlərinin görüşünün nəticəsində müsbət olaraq baş verən bir hadisədir. 

“Fürsətdən istifadə edrək bir daha bizim prezident İlham Əliyevə bütün ANS adından, özümün adından, ANS sevərlərin adından, İranda yaşayan ANSsevərlər adından öz təşəkkürümüzü bildirmək istəyirik”.  

Qeyd edək ki, ANS Avropanın kommersiya televiziya yayımçılarının birliyi olan ENEX-in üzvüdür. Tehranda müxbir məntəqəmizə lisenziya verilməsi barədə xəbər bu qurum tərəfindən də müsbət qarşılanıb. Çünki bu Avropanın əksər telekanallarının ANS vasitəsilə İrandan gələn obyektiv informasiyaya və zəngin videosücetlərə çıxış əldə etməsi deməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR