İnsanlara hürriyət, millətlərə istiqlal!

TÜRKİYƏ SƏFİRLİYİ MÜDAFİƏ NAZİRLİYİNİ İFŞA ETDİ

5136 17.09.2011 15:25 Media A A
“Mərkəzi Ankarada yerləşən "Anadolu" Xəbər Agentliyi Mətbuat Müşavirliyimizlə əlaqə saxlayaraq, keçən həftə bəzi Türkiyə qəzetlərində türk tələbələr və türk bayrağı ilə bağlı çıxan xəbərlərlə əlaqədar, xüsusilə də xəbərlərdəki “Türk bayrağına hörmətsizlik edən hərbi attaşelərimiz var” və “Türk tələbələrə qarşı təzyiqlər” ifadələri qabardılaraq, Müşavirimizin məsələ ilə bağlı münasibətini öyrənmək istədi. Bu və ya buna bənzər suallarla bağlı olaraq Mətbuat Müşavirimiz hər hansı bir qəzetin adını çəkmədən, hər yerdə olduğu kimi Azərbaycanda da zaman-zaman bu cür xəbərlərin çıxdığını, Azərbaycanda Türkiyə bayrağına hörmətsizlik və türk tələbələrə təzyiq olunması kimi hallardan söhbət belə getmədiyini, eyni zamanda Azərbaycan mediasına göndərilən məktubun anonim olduğunu qeyd edərək Türkiyə mətbuatında bu cür ifadələrin qabardılmamasını məsləhət görüb.
Qardaş Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi üçün çalışan, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bütün şəxslərə və qurumlara minnətdarlığımızı bildiririk".
Öncə Türkiyə səfirliyinə və səfir Hülusi Kılıca bu cür obyektiv mövqe sərgilədiklərinə və məsələyə aydınlıq gətirdiklərinə görə təşəkkür edirik. Çünki qardaş ölkənin Azərbaycandakı səfirliyinin adından Müdafiə Nazirliyinin mətbuat xidməti Eldar Sabiroğlunun mediaya ötürdüyü açıqlama sözün əsl mənasında biabırçılıq idi. Həmin bəyanatda məsələnin mahiyyəti tamamilə təhrif olunmuşdu və Türkiyə səfirliyinin mandatına uyğun olmayan bir məsələylə bağlı bizim ehtimallarımıza görə, hansısa çaşdırıcı, təxribatçı informasiya verilməsi üzündən bu cür açıqlama verilmişdi. Bu isə heyrət doğurmaya bilmirdi.
Nəzərə çatdıraq ki, Eldar Sabiroğlunun Türkiyə səfirliyi adından mediaya ötürdüyü bəyanatda deyilirdi ki, “Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanda nəşr olunan «Yeni Müsavat» qəzetinin ötən həftə dərc etdiyi «Hərbi məktəbdə türk müdavimlərinə təzyiq olunur» başlıqlı xəbərin əsassız və həqiqətdən uzaq bir xəbər olduğunu bildirib”...
Türkiyə səfirliyinin aydınlatmasında isə bəlli olur ki, onlar ümumiyyətlə heç bir qəzet adı çəkməyiblər, nə də Səfər Əbiyevi tərifləmək məsələsi olmayıb. Və bizim yazdıqlarımız məsələlərə dair onların hansısa müdaxilə etmək, mövqe bildirmək niyyətləri, cəhdləri olmayıb və əslində, bunu Türkiyəyə aid olmayan məsələ kimi qiymətləndiriblər və bu üzdən Türkiyə mətbuatına məsləhətlərini veriblər.
Bu aydınlatmadan sonra Müdafiə Nazirliyinin ortaya çıxardığı sənədin təxribat olmasına şübhə qalmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR