İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qobustan” jurnalının baş redaktoru vəfat edib

1328 01.09.2013 13:10 Media A A
“Qobustan” jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə uzun sürən xəstəlikdən sonra vəfat edib. APA-ın xəbərinə görə, Ələkbər Baba oğlu Salahzadə 1941-ci il martın 15-də Quba rayonunun Cimi kəndində anadan olub.

O, Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlayıb, həm də mətbuatda çıxış edib.

"Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olub, Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.

Ə. Salahzadə "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri, redaktor vəzifəsində çalışıb.

Sonuncu iş yeri "Qobustan" jurnalı idi.

60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Ə. Salahzadə bədii tərcümə ilə yanaşı, 100-dən çox essenin, məqalənin də müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. "Kölgədən qorxan", "Yayın qış gecələri", "Nağaraçı naxırçı"pyesləri tamaşaya qoyulub.

Allah rəhmət eləsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR