İnsanlara hürriyət, millətlərə istiqlal!

Media kapitanları Güney Azərbaycan mövzusu ilə bağlı səhər ziyafətində bir araya gəldi - Fotolar 

1666 02.12.2022 12:40 Media A A

Dekabrın 2-də Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının təşkilatçılığı ilə media kapitanları və nümayəndələri səhər yeməyi ziyafətində bir araya gəliblər.

Musavat.com xəbər verir ki, ziyafətdə Tənzilə Rüstəmxanlı, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, "Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, "BakuPost" saytının baş redaktoru Elçin Zahiroğlu, "İnterpress" Media Qrupunun rəhbəri Toğrul Allahverdi, "Veteninfo.az" saytının rəhbəri Nahid Canbaxışlı, "Medianews.az" saytının baş redaktoru Xəyalə Rəis, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova və digərləri iştirak edib.

Qeyri-rəsmi görüşdə son vaxtlar İran, Güney Azərbaycan mövzusu ətrafında müzakirələr aparılıb, yaxın gələcəkdə Güney Azərbaycan Cümhuriyyətinin qurulmasının mümkünlüyü ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə güneyli soydaşlarımızın haqq və hüquqlarının hər platformada daim müdafiə olunacağı barədə səsləndirdiyi fikirləri təqdir edilib.

İştirakçılar Güney Azərbaycanın gələcəyi barədə yaxın vaxtlarda böyük əhəmiyyətli tədbir və konfransların keçirilməsi ilə bağlı təkliflər irəli sürüb, bunun çox zəruri olduğunu vurğulayıblar.

Həmçinin ziyafətdə son vaxtlar Azərbaycan cəmiyyətini narahat edən digər məsələlər də müzakirə edilib, fikirlər səsləndirilib.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

WhatsApp Image 2022-12-02 at 12.57.04.jpeg (119 KB)

WhatsApp Image 2022-12-02 at 12.47.46.jpeg (76 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR