Musavat.com politco.com saytına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın medianı "Amerika xalqının düşməni" adlandırması və mediaya açıqdan müharibə elan etməsini keçmiş prezidenti Corc Buş da tənqid edib.
NBC telekanalına müsahibə verərkən bu barədə danışan Buş medianı "demokratiyanın vazkeçilməzi" adlandırıb. "Mən medianı demokratiya üçün vazkeçilməz hesab edirəm, çünki məhz media mənim kimi insanları sorğuya çəkə bilir" deyərək Buş medianın önəmli faktor olduğunu bildirib.
"Hakimiyyət alışqanlıq yarada bilər, hakimiyyətdən sui-istifadə edilə bilər və bu məqamda məhz media belə halların baş verməməsi üçün sorğulayır və bu çox önəmlidir", - Corc Buş bildirib.
Musavat.com






