Hüseynağa Sadıqovun 100 illiyi qeyd olunacaq
Teatrdan APA-ya verilən məlumata görə, tədbirdə sənət adamları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.






