İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi üzrə təlimlərə başlanılıb FOTO

664 20.06.2022 21:00 Mədəniyyət A A

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən “Kommunikasiya meneceri” layihəsi həyata keçirilir. Layihə Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mədəniyyət Nazirliyi sistemində reallaşdırılan islahatların tərkib hissəsi kimi təqdim olunub.

İyunun 20-də ADA Universitetində layihənin ikinci mərhələsi üzrə treninqlərə başlanılıb.

Treninqdən öncə ADA Universitetində İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova çıxış edərək bildirib ki, Mədəniyyət Nazirliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə təqdim edilən "İctimai əlaqələr və medianın əsasları" adlı təlim kursunun əsas məqsədi kommunikasiya menecerlərinin peşəkar inkişafını dəstəkləməkdir.

“Kommunikasiya meneceri” layihəsinin koordinatoru, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev 20-24 iyun tarixlərini əhatə edəcək təlim kursu üçün yaradılan şəraitə görə ADA Universitetinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, layihənin bu mərhələsi nazirliyin regional mədəniyyət idarələri üzrə təyin olunan menecerlərin PR, media və kommunikasiya fəaliyyətinin həyata keçirilməsinə dair bilik və bacarıqlarının artırılmasına istiqamətlənib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva çıxışında ilk olaraq universitet haqqında məlumat verib. Bildirib ki, universitet ilk layihələrini diplomatlar üçün təşkil edib. Layihənin əhəmiyyətinə diqqət çəkən A.Hacıyeva sözügedən sahə üzrə ünsiyyət bacarıqlarının vacibliyini bildirib, peşəkarlığın artırılması mövzusunda fikirlərini bölüşüb.

Daha sonra layihə üzrə “Ünsiyyət və netvörkinq bacarıqları” mövzusunda Aygün Hacıyeva və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev tərəfindən ilk təlimə başlanılıb.

Qeyd edək ki, kommunikasiya menecerləri üçün növbəti günlərdə təlimlər ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva tərəfindən aparılacaq, “Ənənəvi və sosial media ilə işləmək bacarıqları”, “Kommunikasiya planının qurulması”, “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları”, “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzularını əhatə edəcək.

Xatırladaq ki, menecerlər media, sosial media və ictimaiyyət ilə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdıqları qurumların tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini təmin edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR