İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət naziri bu gün Xalq rəssamı Ömər Eldarovla görüşüb - FOTO

1136 21.12.2022 22:59 Mədəniyyət A A

Mədəniyyət naziri Anar Kərimov bu gün Azərbaycanın tanınmış və istedadlı heykəltəraşı, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ilə görüşüb.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib, uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.

63a34345b00c863a34345b00c9167164397363a34345b00c663a34345b00c7.jpeg (221 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR