İnsanlara hürriyət, millətlərə istiqlal!

Məcburi köçkün ailələri yeni evlərə köçmək istəmir (VİDEO)

3060 05.08.2014 02:10 Sosial A A

ANS TV-nin məlumatına görə, bağça təmir olunduğundan orada qalmaq məcburi köçkün ailələri üçün təhlükə yaradır. Bu səbəbdən də ailələri Mehdiabadda onlar üçün tikilən mənzilə köçürürlər. Amma şikayətçilər köçürülmə ilə razılaşmırlar. Onlar deyir ki, birinci mərtəbə zirzəmidə yerləşir və nəmişlikdir. Məcburi köçkünlər onlara başqa mərtəbələrdə ev verilməsini istəyirlər. Onların bu istəyinə hələki müsbət cavab verən olmayıb. Şikayətçilərin sözlərinə görə, həmin ünvanda yaşayan yalnız bir ailə köçürülüb. Qalan ailələrin birinci mərtəbədə yerləşən evlərə köçürüləcəyi deyilir.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi sözügedən ərazidə olsa da müsahibə vermədi. Şifahi olaraq bildirdi ki, əgər kimsə, onlara verilən evlərlə razı deyilsə, o zaman gələn dəfəki köçürülməni gözləməlidir. Yeni mənzilləri bəyənənlər isə günü bu gündən yeni evlərinə köçürülə bilərlər.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR