İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB ölkələri xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək

404 28.03.2019 17:30 Siyasət A A

Moskvada aprelin 5-də MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, bu il MDB sədrliyinin Türkmənistana məxsus olduğunu bildirib.

Görüş zamanı regional və beynəlxalq gündəmə dair bir sıra məsələlərin müzakirə olunacağını diqqətə çatdıran XİN rəsmisinin sözlərinə görə, hüquq mühafizə, mədəniyyət və humanitar sahələrdəki əməkdaşlığa dair bəzi sənədlərin təsdiqlənməsi, habelə İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyinə dair MDB ölkələri dövlət başçılarının bəyanat layihəsinin razılaşdırılması da gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR