İnsanlara hürriyət, millətlərə istiqlal!

Maykl Pompeo: ABŞ heç vaxt Rusiyaya Yaxın Şərqdə əsas oyunçu olmağa icazə verməyəcək

573 07.02.2019 01:25 Son xəbər A A

ABŞ dövlət katibi Maykl Pompeo ölkəsinin Rusiyanın Yaxın Şərqin əsas xarici oyunçusuna çevrilməsinə müsaidə etməyəcəyini bildirib.

Onun sözlərinə görə, bu, ən çox Vladimir Putinin arzusu ola bilər. Lakin Ağ Evdə Donald Trampın oturduğu müddətdə belə bir şeyin baş verməsi mümkün deyil. M.Pompeo Kremlin Yaxın Şərq ölkələri ilə münasibətlərinin aktiv şəkildə inkişaf etdiyini etiraf etsə də, ABŞ-ın regiondakı bağlantılarının güclü və möhkəm dayaqlara malik olduğunu vurğulayıb.

“Bizim Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İsrail və Misirlə əməkdaşlığımız sayəsində ABŞ Yaxın Şərqdə təhdidlərə qarşı qalalar əldə edib”,-deyə ABŞ-ın baş diplomatı söyləyib.

O, Rusiyanın bölgə ölkələrini ələ almaq səylərinin uğursuzluğa düçar olacağını qeyd edib və bildirib ki, çünki onların ABŞ-ın qüdrət və gücünə bələddirlər.

Bununla bərabər Maykl Pompeo ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın İŞİD-ə qarşı mübarizəsində böyük uğurlar qazandığını bildirib. ABŞ dövlət katibi artıq dünyanın “mərkəzsizləşdirilmiş cihad”, (yəni bir mərkəzdən idarə olunmayan-red.) dövrünə qədəm qoyduğunu və hər kəsi terror təşkilatının yeni strategiyasına hazırlaşmasının vacib olduğunu ifdə edib.

“Reuters”in məlumatına görə, M.Pompeo tərəfdaşlarını İŞİD-lə hər yerdə savaşmağa çağırıb.

ABŞ rəsmisi terror təşkilatının öz gücünü İraq və Suriyada müəyyən dərəcədə saxladığını, İraqın sabitlik fondunun isə 350 milyon dollara ehtiyacı olduğunu sözlərinə əlavə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR