İnsanlara hürriyət, millətlərə istiqlal!

May ayında qətl törətməyə cəhd edən şəxs saxlanıldı

333 17.08.2020 12:31 Kriminal A A

Bu il mayın 4-də Şəmkir rayonu Dəllər-Cırdaxan kənd sakini Asif Muradova odlu silahdan atəş açılması nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Şəmkir rayon prokurorluğundan Musavat.com-a verilən məlumata görə, istintaqla zərərçəkmişin həmkəndlisi Famil Muradovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Asif Muradovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

13 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR