İnsanlara hürriyət, millətlərə istiqlal!

Maska taxaraq qaçan gəncin ürəyinin yeri dəyişdi

892 15.05.2020 18:24 Dünya A A

Epidemiyanın tüğyan etdiyi bu günlərdə küçədə maskasız hərəkət etmək çox təhlükəlidir.

Bəzən isə əksinə, maska taxmaq ölümcül təhlükəli ola bilər. Çinli gənc bunu öz nümunəsində göstərib.

O, iki həftə ərzində hər gün məsafəni bir az da uzatmaq şərti ilə qaçıb. Koronavirusla bağlı tədbirlər çərçivəsində bu müddətdə maska taxıb. Gənc sonuncu dəfə dörd km qaçdıqdan sonra özünü pis hiss edib və evə yollanıb. Vəziyyəti ağırlaşanda isə ailəsi tərəfindən xəstəxanaya çatdırılıb.

Məlum olub ki, qaçışdan sonra onun sol ağciyəri 90 faiz sıxılıb, ürəyi isə bədəninin sağ tərəfinə keçib. Həkimlər bunu onun qaçarkən maska taxması ilə əlaqələndiriblər.

26 yaşlı uhanlı dərhal əməliyyat olunub, hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
(saglamolun.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR