İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşınla vurulan inək FHN-in əməkdaşına AĞIR xəsarət yetirdi

1048 12.11.2023 17:53 Hadisə A A

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarlarında olub.

Belə ki, Cəbrayıl rayon sakini “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən qarşısına çıxan inəyi vurub. Qəzada zərbənin təsirindən inək maşının salonuna düşüb. Bu zaman maşının qabaq oturacağında əyləşən Cəbrayıl rayon sakini, 1998-ci il təvəllüdlü Behbudov Mahmud Qürbət oğlu baş nahiyyəsindən xəsarət alıb. Burnu, çənəsi sınan M.Behudova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilərək Bakı xəstəxanalarından birinə yola salınıb.

Qeyd edək ki, xəsarət alan sərnişin FHN-in əməkdaşıdır. (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR